Əmanətlətin Sığortalanması Fondunun (ADIF) Himayəçilik Şurası sədri dəyişib.
"Kommersant.az"-ın əldə etdiyi məlumata əsasən, bu günə qədər qeyd edilən vəzifəni icra edən Azərbaycan Mərkəzi Bankının sədrin müşaviri Əliyar Məmmədyarovun adı siyahıdan çıxarılıb.
Yeni dəyişikliyə əsasən, ADIF-in Himayəçilik şurası sədri AMB-nin Risklərin idarə edilməsi departamentinin direktoru Toğrul Əliyev olacaq.
Qeyd edək ki, Himayəçilik Şurasının sədrinin müavini isə Asim Zülfüqarovdur. Hansı ki, hazırda Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin üzvü vəzifəsini icra edir.