“Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahan mərhələsi ilə bağlı yekun nəticələr sabahdan hər bir namizədin şəxsi səhifəsinə göndəriləcək”.
"Kommersant.az" xəbər verir ki, Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.
O bildirib ki, iyulun 27-dən başlayaraq namizədlər şəxsi səhifəsi üzərindən imtahan təşkilatçısına apelyasiya qaydasında müraciət edə bilər: “Həmin müraciətlər iyulun 29-da qədər qeydiyyata alınacaq. Müraciətlərin nəticələri avqustun 6-na qədər şəxsi səhifəyə göndəriləcək”.
M. Camalzadə qeyd edib ki, müsabiqənin vakansiya seçimi mərhələsi avqustun 7-dən açıq elan ediləcək: “Bu il müsabiqəyə ilkin olaraq təxminən 7000 vakant iş yerinin çıxarılması gözlənilir”. (APA)