"Kommersant.Az" bildirir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Şirzad Abdullayev və Rüfət Məmmədov Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, nazir Şahin Mustafayevə müavin təyin olunublar.
Qeyd edək ki, R. Məmmədov 2010-cu ildən İqtisadiyyat Nazirliyində müdir müavini, 2011-ci ildən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) müxtəlif vəzifələrdə, son təyinatdan əvvəl isə AZPROMO-nun prezidenti vəzifəsində çalışıb.
Azərbaycan prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
İngilis, rus və alman dillərini sərbəst bilir. Ailəlidir, 2 övladı var.
Ş. Abdullayev isə 2008-ci ildən İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) icraçı direktoru olub. Azərbaycan prezidentinin müvafiq Sərəncamları ilə “Dövlət qulluğunda fərqlənməyə görə” və “Tərəqqi” medalları ilə təltif edilib.