Bank of Baku Kredit risklərinin idarə edilməsi şöbəsinin eksperti üzrə vakansiya elan edir
Kredit risklərinin idarə edilməsi şöbəsinin eksperti
Əsas vəzifə və öhdəliklər
Bankın kredit riskinə məruz qalma səviyyəsinin analiz edilməsi və təkliflərin hazırlanmasında iştirak etmək
Kredit risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi prosesində iştirak etmək
Kredit riskləri ilə bağlı daxil olan sorğuların cavablandırılması
Kredit riskləri üzrə hesabatlığın hazırlanması və yenilənməsi prosesində iştirak etmək
Seçim meyarları
İqtisadiyyat və idarəetmə sahəsi üzrə bakalavr və ya magistr dərəcəsi
Əla Azərbaycan dili və İngilis dili bilikləri (Rus dili arzuolunandır)
MS Office (Word, Excel) ilə işləmək bacarığı
Sahə üzrə minimum 1 il iş təcrübəsi
Yaradıcı və analitik düşüncə tərzi
Məsuliyyətli, məqsədyönlü, operativ və təşəbbüskar olmaq
Dəqiq və intizamlı iş yanaşması
İş şərtləri
İş yeri: Baş İdarə
İş vaxtı: 5 iş günü, 09:00-18:00
Seçim prosesi
“Müraciət et” düyməsindən istifadə edərək bu vakansiya üzrə seçimdə iştirak edə bilərsiniz. Formanı diqqətlə, dəqiq və mümkün qədər dolğun doldurmağınız xahiş olunur. Müraciətinizi göndərdikdən sonra təsdiq pəncərəsi açılacaq və siz bu haqda əlavə təsdiq emaili alacaqsınız. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.