Neft Fondu işçi axtarır - VAKANSİYA
"Kommersant" vakansiya üzrə öhdəlik və tələbləri təqdim edir:
Öhdəliklər:
- Maliyyə alətləri üzrə risklərin müəyyən edilməsi, qiymətləndirilməsi, tənzimlənməsi və nəzarət altında saxlanılması;
- İnvestisiya portfelinin gəlirliliyinin, bençmarka nəzərən kənarlaşmanın və gəlirlilik üzrə bölgünün hesablanması;
- İnvestisiya portfelinin maliyyə alətləri və valyutalar üzrə bölgüsünün hesablanması və mütəmadi monitorinqinin həyata keçirilməsi;
- Şöbənin fəaliyyət istiqamətləri çərçivəsində dövri olaraq hesabatların hazırlanması;
- Müxtəlif göstəricilər üzrə ssenarilərin Fondun investisiya portfelinə təsirini müəyyən etmək məqsədilə stress testlərin və ssenari təhlillərinin həyata keçirilməsi.
Təcrübə: Risklərin idarə edilməsi sahəsində 1 ildən çox analoji iş təcrübəsi olanlara üstünlük verilir.
Dil bacarığı: Azərbaycan və ingilis dilində sərbəst danışıq qabiliyyəti və yazı bacarığı vacibdir.
Kompüter bacarığı: Yüksək səviyyədə kompüter biliyi və proqramlaşdırma bacarığı. Maliyyə və statistik analiz məqsədləri üçün proqram paketlərindən istifadə vərdişləri.
Ümumi peşəkar bacarıqlar:
Ənənəvi və alternativ maliyyə alətlərini dərindən anlamaq;
Ümumi investisiya portfelini gəlirlilik və risk müstəvisində qiymətləndirmək;
Gəlirliliyin ölçülməsi və risklərin idarə edilməsi sahəsində biliyə sahib olmaq;
Analitik düşünmə, hesabat tərtib etmə və qərarvermə qabiliyyəti, intensiv rejimdə və kollektiv mühitində işləmək qabiliyyəti, beynəlxalq təşkilatlarla ünsiyyətqurma bacarığı.
İşlə bağlı bu linkdən müraciət etmək mümkündür: http://www.oilfund.az/az_AZ/karyera-imkanlari/vakansiya/elektron-anket-formasi.asp