USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Atəşgah Sığorta" işçi axtarır - VAKANSİYA

20.07.2018 Vakansiya
0 0
"Atəşgah Sığorta" Mühüm müştərilərlə iş şöbəsinin mütəxəssisi üzrə vakansiya elan edir

Namizədə tələblər

• Yaş: 21-35
• Cinsi: kişi və ya qadın
• Təhsil: Ali
• Yüksək və ya orta tibbi təhsilli, tibbi sığortada və ya farmakoloji şirkətlərdə iş təcrübəsi olanlara üstünlük verilir.
• Dil bilikləri: Azərbaycan dili (əla) , Rus dili (əla) mütləqdir,ingilis dili (intermediate)
• Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi

Şəxsi keyfiyyətlər

• Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
• Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
• Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı

Vəzifələri:

• Müştərilərlə danışıqlar aparmaq, könüllü tibbi sığorta müqavilələri bağlamaq;
• Bağlanmış müqavilələrin uçotunu aparmaq
• Sığortalıya təqdimatların keçirilməsi
• Sığortalanan şirkətin müştərilərindən telefon zənglərini qəbul etmək
• Sığortalıya məlumat və koordinasiya dəstəyi göstərilməsi;
• VIP müştəriləri ilə işləmək
• Tibbi yardım istəyən insanlardan gələn şikayətlərin qəbulu və nəzərdən keçirilməsi
• Hesabatların aparılması
• Şöbə müdirinin göstərişlərinin yerinə yetirilməsi

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 - 18:00
• İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Sabit əmək haqqı

Məlumatlandırıcı qeydlər

• Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
• CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
• Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
• İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
• Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
• CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilər.

  • Əvvəlki

    "Xalq Bank" işçi axtarır - VAKANSİYA

Digər xəbərlər

09.04.2021 Vakansiya
“Lexus Bakı” işçi axtarır
1 0
09.04.2021 Vakansiya
“Bank Respublika” işçi axtarır
0 0