USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (IFRS) üzrə mütəxəssis - VAKANSİYA

23.07.2018 Vakansiya
0 0
Azərbaycan Sənaye Korporasiyası ASC Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (IFRS) üzrə mütəxəssisİ axtarır

Namizədə dair tələblər:

- Maliyyə, iqtisadiyyat, mühasibat uçotu və audit, riyaziyyat və ya biznesin idarə edilməsi sahəsində ali təhsil;
- Beynəlxalq Mühasibat uçotu Standartları (IAS) və Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (IFRS) barədə təkmil biliklər;
- Mühasib kimi ən az 1 il iş təcrübəsi;
- 1C Mühasibatlıq proqramında ən az 1 il iş təcrübəsi;
- ACCA F2, F3 və F7 (və ya DipIFR) sertifikatları; əlavə sertifikatların olması üstünlükdür;
- Azərbaycan və ingilis dillərində sərbəst danışma və yazma.

İş barədə məlumat (vəzifə öhdəlikləri):

- ASK üzrə maliyyə uçotu siyasətinin hazırlanmasında iştirak;
- ASK-ya daxil olan şirkətlərin biznes prosesləri ilə yaxından tanışlıq və gündəlik əməliyyatların həmin biznes proseslərə və ASK-nın maliyyə uçotu siyasətinə uyğun aparılması işinin təşkili və nəzarət;
- ASK-ya daxil olan şirkətlərin mühasibləri ilə əməkdaşlıq edilməsi və onların sorğularının cavablandırılması;
- IFRS standartları əsasında maliyyə hesabatlarının, o cümlədən konsolidə edilmiş hesabatların hazırlanması və ASK-ya daxil olan şirkətlərə hesabatların hazırlanmasında dəstək göstərilməsi;
- IFRS standartları əsasında hazırlanmış maliyyə hesabatları üzrə maliyyə təhlillərinin (ratio analysis) aparılması və müqayisəli cədvəllərin hazırlanması;
- ASK və ASK-ya daxil olan şirkətlərdə 1C mühasibatlıq proqramının quraşdırılması prosesində iştirak.

E-mail göndərərkən Mövzu (Subject) hissəsində “IFRS üzrə mütəxəssis” sözləri qeyd olunmalıdır.

[email protected]

  • Əvvəlki

    Tələbələrə Məsləhətlər

Digər xəbərlər

09.04.2021 Vakansiya
“Lexus Bakı” işçi axtarır
1 0
09.04.2021 Vakansiya
“Bank Respublika” işçi axtarır
0 0