ParaBokt Marketinq müdiri vəzifəsi üzrə vakansiya elan edir
Vakansiya haqqında məlumat:
Namizədə olan tələblər:
o Bank işi, marketinq və ya iqtisadiyyat sahəsində ali təhsilin olması;
o Marketinq sahəsində minimum üç illik iş təcrübəsi;
o Marketinq və bazar araşdırmalarını dərindən bilməli;
o Şöbənin işlərini planlaşdırma bacarığı;
o Müvafiq proqram təminatlarını bilməli;
o Rus və ingilis dillərində səlist danışma bacarığı;
İş barədə məlumat
Marketinq strategiyasını işləyib hazırlamaq və müvafiq təsdiqdən sonra onun yerinə yetirilməsini təmin etmək;
Qəbul olunmuş marketinq siyasətinə uyğun olaraq daimi bazar araşdırmaları aparmaq, mövcud məhsul və xidmətlərin yeni bazarlarını, onların bazar qiymətlərini və müştəri qruplarını müəyyənləşdirmək;
Məhsul və xidmət yaratmaq və onun satış kanallarını müəyyən edilməsini təşkil etmək;
Bazarda rəqiblərin araşdırılması və onlar üzrə məlumat bazası yaradılmasını təşkil etmək və onu daimi təşmilləşdirmək;
Satışın təşkilinə köməklik etmək;
BOKT – un imicinin formalaşdırılmasını təmin edən tədbirlər görmək;
BOKT-un internet səhifəsinin yaradılması və ona nəzarət;
Yeni satış texnologiyalarının tətbiqi, və bu sahədə satış üzrə işçilərin hazırlanması;
Call center-in xidmət fəaliyyətinin yaxşılaşdırılmasına nəzarət etmək;
Satışa dəstək ola biləcək işlərin təşkili
CV-ləri Marketinq müdir mövzusu ilə vakansiya@parabokt.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.