Expressbank Kassa bölməsi / Kassir - əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir
Tələblər:
- Ali təhsil;
- Analoji sahədə minimum 2-3 il iş təcrübəsi;
- Azərbaycan və rus dillərində səlis danışıq bacarığı (İngilis dili biliyi arzu olunandır)
- Böyük məbləğdə nağd vəsaitlə işləmək bacarığı;
- Çeviklik, dəqiqlik, ünsiyyət qurma və müştəri ilə işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
- Müştərilərdən nağd pulun və digər qiymətlilərinin qəbul edilməsi;
- Mərkəzi Banka təhvil verilən pulların çeşidlənməsi, hazırlanması və formalaşdırılması;
- Sürətli pul köçürmələri sistemləri üzrə əməliyyatların aparılması;
- KÖMİS, mobil operatorlar və POS terminallar üzrə əməliyyatların aparılması.
Biz sizə nələr təklif edirik:
- Azərbaycanın aparıcı banklarının birində iş;
- AR Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi;
- Stabil əmək haqqı;
- Əmək haqqı müsahibə nəticələrinə görə fərdi olaraq müzakirə edilir;
- Professional və maddi inkişaf perspektivləri.