Nikoil Bank Hüquq departamentinin Bank fəaliyyətinin tənzimlənməsi şöbəsinin aparıcı/baş hüquqşünası vəzifəsi üzrə vakansiya elan edir.
Əmək funksiyaları :
• Bankdaxili korporativ idarəetmə məsələlərində zəruri hüquqi dəstəyin göstərilməsi;
• Hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsi;
• Sənəd və müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi;
• Müqavilələrin hazırlanması, müqavilələrə dair hüquqi rəylərin verilməsi;
• Müxtəlif bank məhsullarına dair hüquqi dəstəyin göstərilməsi, yerli və xarici qanunvericiliyin araşdırılması;
• Hüquqi rəylərin verilməsi;
• Hüquqi sorğuların cavablarının hazırlanmasında iştirak;
• Bankın bütün struktur bölmələrində mövcud olan hüquqi problemlərin yerində araşdırılması və işçilərin təlimatlandırılması prosesində iştirak;
• Bankın fəaliyyəti ilə bağlı imzalanan bütün əqdlərin, o cümlədən, beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasının həyata keçirilməsi;
Tələblər:
• Ali hüquqi təhsil;
• Bank Hüququ və ya Korporativ Hüquq sahəsində 1-3 illik iş təcrübəsi;
• Azərbaycan və Rus dillərində mükəmməl danışıq və yazı bacarığının olması, İngilis dil biliyi – yaxşı səviyyədə;
• Mülki, əmək, vergi, bank qanunvericiliyi üzrə biliklər;
• Yüksək yazılı və şifahi ünsiyyətqurma bacarığı;
• Məxfilik, dəqiqlik, təhliletmə qabiliyyəti;
• Vaxtın düzgün idarəedilməsi qabiliyyəti;
• Komanda tərkibində işləmək bacarığı;
CV-lərinizi mövzu sətrində vakansiyanın adını (Hüquq departamentinin Bank fəaliyyətinin tənzimlənməsi şöbəsinin aparıcı/baş hüquqşünası) qeyd edərək, [email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.