USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Paşa Həyat" işçi axtarır - VAKANSİYA

30.08.2018 Vakansiya
0 0
Şirkət Hüquqi təminat şöbəsi Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq

İş saatları (iş rejimi) : 09:00-18:00
Son müraciət tarixi : 11 sentyabr 2018-ci il

Əsas vəzifə öhdəlikləri:

1. Cəmiyyətin struktur bölmələri, habelə filial və nümayəndəlikləri tərəfindən qanunvericiliyin tələblərinə, o cümlədən sığortaçının müvafiq daxili sənədlərində müəyyən edilmiş daxili prosedurlara uyğun fəaliyyətin həyata keçirilməsinə nəzarət etmək və bununla bağlı yoxlamaların aparılmasında iştirak etmək;
2. İdarəetmə orqanlarının qərarlarını, iclas protokollarını tərtib etmək;
3. Maliyyə bazarlarına nəzarət orqanı və digər qurumlardan layihə şəklində daxil olan qanun və digər normativ hüquqi aktlarlarla bağlı təkliflər hazırlamaq;
4. Qanunvericilik aktlarını və onlara olunmuş əlavə və dəyişiklikləri araşdırıb aidiyyəti struktur bölmələrə göndərmək, əməkdaşların normativ-hüquqi aktlarla tanış olmasını və onların tətbiq olunması prosedurunun izahını həyata keçirmək;
5. Cəmiyyətin bütün struktur bölmələrindən daxil olan hüquqi uyğunluq məsələləri üzrə sorğuları cavablandırmaq;
6. Maliyyə bazarlarına nəzarət orqanı və ya başqa təşkilatlara göndərilən, qanunvericiliyin tələbləri və ya başqa hüquqi məsələlərlə əlaqədar olan məktubları hazırlamaq və ya hazırlanması prosesinə hüquqi nəzarət etmək.

Namizədə olan tələblər:

İş təcrübəsi : Sahə üzrə ən azı 1 il iş təcrübəsi tələb olunur;
Təhsili/ixtisası : Ali hüquq təhsili;
Dil bilikləri : Azərbaycan, ingilis və rus dillərini yaxşı səviyyədə bilməlidir;
Kompüter bilikləri : MS Office;
Üstünlüklər: Sığorta, bank və ya digər maliyyə sahəsində iş təcrübəsi olanlara üstünlük veriləcəkdir.;

Fərdi keyfiyyət tələbləri : Məlumatı toplamaq və təhlil etmək bacarığı/analitik düşüncə, danışıqlar aparmaq bacarığı, ünsiyyət/inandırma/dinləmə/məlmatın düzgün ötürülməsi bacarığı, yazı qabiliyyəti, konfliktlərin/stresin idarə edilməsi, etibarlılıq, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı (Özünütəkmilləşdirmə), məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı), təşəbbüskarlıq və yenilikçilik bacarığı.

İmtiyazlar:

Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (012) 567-32-36

Vakansiya üçün müraciət qaydası : CV-lər “Hüquqi təminat” mövzusu ilə [email protected] elektron ünvanına göndərilməlidir.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Əvvəlki

    "Nikoil Bank" işçi axtarır

Digər xəbərlər

09.04.2021 Vakansiya
“Lexus Bakı” işçi axtarır
1 0
09.04.2021 Vakansiya
“Bank Respublika” işçi axtarır
0 0