Azərsun Holdinq Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.
AZƏRSUN HOLDİNQ
Vakansiyanın adı: Hüquqşünas
Namizədə aid tələblər:
• Hüquq üzrə ali təhsil;
• Hüquq üzrə minimum 3 il iş təcrübəsi (sığorta sahəsində);
• Azərbaycan dilini mükəmməl səviyyədə, ingilis dilini isə yüksək səviyyədə bilməli;
• Hüququn ümumi nəzəriyyəsini, AR-nın Mülki Məcəlləsini (xüsusilə sığorta və korporativ hüquq daxil olmaqla), Mülki Prosessual Məcəlləsini, Sığorta Fəaliyyəti haqqında Qanunvericiliyi, Kargüzarlığın əsaslarını, səhmdar cəmiyyətlər haqqında qanunvericiliyi, korporativ hüquq sahəsini, inzibati sahədə nəzəri və praktik biliklər və məhkəmə işlərinin aparılması qaydalarını, eləcə də digər normativ aktları bilməli;
• İş ilə bağlı ezamiyyətə gedə bilməlidir.
İş haqqında məlumat:
• Şirkətin hüquqi məsələlərini icra və nəzarət etmək, struktur və bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərin qanunvercilik çərçivəsində həll etmək;
• Məhkəmədə şirkətə qarşı olan və ya şirkətin qaldırdığı iddialarda şirkəti müdafiə etmək;
• Sığorta hadisələrinə baxış keçirmək, analiz etmək və rəy vermək (təsdiq və ya imtina etmək).;
• Hüquqi şəxsin, filial və nümayəndəliklərinin təsis edilməsi, qeydiyyat məlumatlarındakı dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün lazımi sənədlərin tərtib edilməsi, qeydiyyat orqanlarına təqdim edilməsi və hazır olduqdan sonra götürülməsi;
• Məhkəmə icra işləri üzrə vəziyyətini vaxtaşırı təhlil etmək və bu bаrədə məlumаtı Rəhbərliyə təqdim etmək;
• Subroqasiya işləri üçün müvafiq orqana sorğu, məktublar yazmaq, Subroqasiya işlərinin təqib etmək;
• Korporativ sənədləri hazırlamaq, dəyişiklik və əlavələrə nəzarət etmək;
• Dövlət orqanları ilə yazışmaları reallaşdırmaq.
• İş saatları: 5 gün 09:00-18:00; 2 gün istirahət.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini 14.09.2018-ci il tarixinədək [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Hüquqşünas”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.