USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Unibank"da - İŞ VAR

06.09.2018 Vakansiya
0 0
Unibank KB Müştəri xidmətləri üzrə Mütəxəssis (Bakı, Quba) vəzifəsi üzrə vakansiya elan edir.

Şirkətin adı: Unibank KB

Yerləşmə: Bakı

Sektor: Maliyyə və kredit /Bank

Vəzifə : Müştəri xidmətləri üzrə Mütəxəssis (Bakı, Quba)

Müqavilə şərtləri: Daimi

Başlıca öhdəliklər və məsuliyyətlər

• Müştərilərin qarşılanması;
• Müştərilərin istəyinə uyğun olaraq onların istiqamətləndirilməsi;
• Bankın məhsulları haqqında müştəriləri məlumatlandırmaq;
• Müştərilərə bank hesablarının açılması və bağlanması;
• Hesablardan vəsaitlərin köçürülməsi;
• Əmanətlərin rəsmiləşdirilməsi;
• Plastik kartların sifariş edilməsi;
• Sürətli pul köçürmələri sistemləri ilə vəsaitlərin köçürülməsi;
• Müştərilərə onların istəklərinə və qanunvericiliyə uyğun bütün növ bank xidmətlərinin göstərilməsi;
• Digər inzibati işlərin görülməsi.

Namizədin Profili

• Ali təhsil;
• Yaş həddi 20 – 25;
• Azərbaycan və Rus dillərində sərbəst danışıq bacarığı (ingilis dilini bilmək arzu olunandır);
• MS Excel və MS Word proqramları ilə işləmək bacarığı;
• Ünsiyyətcil, təşəbbüskar;
• Komandada işləmək bacarığı;
• Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;
• Riyazi hesablama aparmaq qabiliyyəti;
• Stressə davamlılıq;
• Yüksək qavrama, öyrənmə və insanları inandırma qabiliyyəti;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
• Müştəri yönümlülük.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkil ilə [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (Müştəri xidmətləri üzrə Mütəxəssis (Bakı, Quba)) göstərməyiniz xahiş olunur.

  • Əvvəlki

    "Bank BTB"də - İŞ VAR

Digər xəbərlər

09.04.2021 Vakansiya
“Lexus Bakı” işçi axtarır
1 0
09.04.2021 Vakansiya
“Bank Respublika” işçi axtarır
0 0