Veysəloğlu Şirkətlər Qrupu Tibbi koordinator vəzifəsi üzrə vakansiya elan edir.
Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokolad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, Sirab, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Vəzifə: Tibbi koordinator
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 1 il
Təhsil: Ali təhsil
Yaş həddi: 27-40 yaş
İşin Təsviri: Bütün fəaliyyət istiqamətlərində baş vermiş bədbəxt hadisə və onların nəticələrinin tibbi nəzarətini və təminatını təşkil etmək.
Vəzifə öhdəlikləri:
- İşçi heyyətində hər hansı səhhət və sağlıqla əlaqəli problemli vəziyyət yarandıqda müayinə, müalicə, əməliyyat və yazılan dərmanların kəmiyyət və keyfiyyətini nəzarətdə saxlamaq.
Tələblər:
- Sığorta sistemləri barədə bilikli olmaq;
- İş saatından sonra və ya gecə baş vermiş iş qəzasına müdaxilə etməyə hazır olmaq;
- Araşdırma və görüləcək işləri prosedurlar şəklində hazırlayacaq qədər kompüter biliklərinə sahib olmaq;
- Cərrahiyyə, terapiya, travmotologiya barədə məlumatlı olmaq və müvafiq sahələr üzrə təcrübələrin olması üstünlükdür;
- Şəxsi avtomobilin olması mütləqdir;
- Kişi namizədlərə üstünlük veriləcəkdir.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- Avtonəqliyyat vasitəsinin amortizasiya və yanacaq xərcləri qarşılanır;
- Nahar ilə təmin edilmə.
İş qrafiki: 5 günlük
Müraciət qaydaları:[email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Tibbi koordinator” yazıb göndərməklə və ya aşağıdakı linkə daxil olub şəxsi kabinet yaradaraq müraciət edə bilərsiniz. https://hr.veyseloglu.az/vacancy/