Bank Avrasiya Risklərin idarə edilməsi departamentinin direktoru vəzifəsi üzrə vakansiya elan edir.
Namizədlər üçün irəli sürülən tələblər:
Ali iqtisadi və ya biznes təhsili;
Azı 3 il risklərin idarə edilməsi sahəsində bank təcrübəsi;
Nəzarət edə bilmə qabiliyyəti;
Strateji düşünmə və analitik təhlil bacarığı;
Yenilikçilik və yeni təşəbbüsləri dəstəkləmək bacarığı;
Planlaşdırma, təşkiletmə və nəzarət etmə vərdişləri;
Liderlik keyfiyyətləri;
Problemi həlletmə bacarığı;
Azərbaycan, rus və ingilis dillərini mükəmməl səviyyədə bilmək;
MS Office proqramlarının bilikləri;
Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
Ünsiyyətqurma və komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
Bankın risk siyasəti, risklərin idarə edilməsi üzrə daxili qaydaların layihələrini hazırlayır.
• Bütün növ limitlərə gündəlik nəzarəti təşkil edir.
• Risklərin idarə edilməsi işinin əlaqələndirilməsini təmin edir.
• Risk xəritəsini hazırlayır və onun icrasına monitorinqi həyata keçirir.
• Risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi üzrə işləri həyata keçirir.
• Risklərin tanınması və idarə edilməsi baxımından bankın fəaliyyətini əhatə edən bütün proseslərə, yeni məhsul və xidmətlərə dair rəy verir.
• Aidiyyəti struktur bölmələrlə birgə stress-testlər keçirir və müəyyən edilən risklərin azaldılması məqsədi ilə tədbirlər planı hazırlayır.