Atəşgah Sığorta Anderraytinq və təkrarsığorta şöbəsinin aparıcı mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ birləşərək “Atəşgah” Sığora Qrupunu yaratmışlar. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 24 filialda, 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.
Hörmətli namizəd!
İnanırıq ki, bizim komandanın bir üzvü olaraq, yaxın gələcəkdə Sizin ilk peşəkar uğurlarınıza sevinəcəyik!
Anderraytinq və təkrarsığorta şöbəsinin aparıcı mütəxəssisi
Namizədə tələblər
• Xanım namizədlər
• Təhsil: Ali ( riyaziyyat və ya iqtisadiyyat sahəsində )
• Yaş: 23-35
• Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili(əla) və İngilis dili (əla)
• Microsoft Office proqramlarını bilmək
• Bazar iqtisadiyyatının prinsplərini bilmək
• Cİİ sertifikatlarına malik olmaq
• Sığorta qanunvericiliyini bilmək
Əsas vəzifə öhdəlikləri
• Çıxan fakultativ / obliqator təkrarsığorta müqavilələrinin hazırlanmasına nəzarət
• Çıxan təkrarsığorta üzrə sığorta haqqı və zərər borderolarının hazırlanmasına nəzarət və təkrarsığortaçalara göndərilməsi
• Satış bloklarından daxil olan sorğuların cavablandırılması
• Risklərin qiymətləndirilməsi və təkliflərin hazırlanması
• Sığorta məhsullarının hazırlanmasında iştirak
Şəxsi keyfiyyətlər
• Analitik təhlil və operativlik bacarığı
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı
İş şərtləri
• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 - 18:00
• İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Əmək haqqı müsahibə əsnasında bildiriləcək
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Anderraytinq və təkrarsığorta şöbəsinin aparıcı mütəxəssisi ” qeyd etmələri xahiş olunur.