“Amrahbank” ASC Risklərin İdarə Edilməsi Departamenti Kreditlərə nəzarət şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
Filiallarda verilmiş kreditləri (biznes və istehlak) monitorinq etmək;
Kredit portfelini hesabatlar əsasında təhlil etmək;
Kreditlərin keyfiyyətini qiymətləndirmək;
Monitorinq zamanı müəyyən olunan potensial risk və nöqsanlar barədə rəhbərliyə məlumat vermək və zəruri hallarda kredit məhsulları üzrə bankın daxili qaydalarında, prosedurlarında dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək;
Filiallarda aparılmış monitorinqin nəticələri üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək
Əsas tələblər:
Ali təhsil (iqtisadi təhsili olanlara üstünlük verilir) ;
Mikro, biznes və SME (KOB) kreditlərinin verilməsi üzrə minimum 2(iki) il bank təcrübəsi;
Riyazi, məntiq, analitik qabiliyyət və işgüzar fəallıq;
Yüksək ünsiyyət və komandada işləmək bacarığı;
Dil bilikləri: Azərbaycan dili mükəmməl olmalı, rus və ingilis dilləri arzuolunandır;
Dəqiqlik və məqsədyönlülük;
Microsoft office proqramları üzrə biliklər;
Bankın filiallarına istənilən vaxt ezamiyyətlərə gedə bilmək imkanının olması
Maraqlı olan şəxslər CV-lərini [email protected] ünvanına 31.10.2018-ci il tarixinədək göndərməyi xahiş olunur (iddia etdiyiniz vəzifəni qeyd etməyinizi xahiş edirik).