USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Azərbaycan Sənaye Sığorta"da - İŞ VAR

17.09.2018 Vakansiya
0 0
Azərbaycan Sənaye Sığorta ASC Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.

Namizədə aid tələblər:

• Ali/ Hüquqi təhsil;
• İş təcrübəsi 1 il (sığorta sahəsində arzuolunandır);
• Microsoft Office;
• Azərbaycan dili səlis, Rus və İngilis dilləri yaxşı səviyyədə;
• AR-nın Mülki Məcəlləsini (xüsusilə sığorta və korporativ hüquq daxil olmaqla), Mülki Prosessual Məcəlləsini, Sığorta Fəaliyyəti haqqında Qanunvericiliyi, Kargüzarlığın əsaslarını, səhmdar cəmiyyətlər haqqında qanunvericiliyi, korporativ hüquq sahəsini, inzibati sahədə nəzəri və praktik biliklər və məhkəmə işlərinin aparılması qaydalarını, eləcə də digər normativ aktları bilməli;
• İş ilə bağlı ezamiyyətə gedə bilməlidir.

İş haqqında məlumat:

• Şirkətin hüquqi məsələlərini icra və nəzarət etmək, struktur və bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərin qanunvercilik çərçivəsində həll etmək;
• Məhkəmədə şirkətə qarşı olan və ya şirkətin qaldırdığı iddialarda şirkəti müdafiə etmək;
• Sığorta hadisələrinə baxış keçirmək, analiz etmək və rəy vermək (təsdiq və ya imtina etmək);
• Subroqasiya işlərini təqib etmək;
• Hüquqi şəxsin, filial və nümayəndəliklərin təsis edilməsi, qeydiyyat məlumatlarındakı dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün lazımi sənədlərin tərtib edilməsi;
• Dövlət orqanları ilə yazışmaları reallaşdırmaq;
• Şirkətə daxil olan və çıxan müqavilələrə, sənədlərə, hüquqi rəy vermək və s.
• İş yeri: Azərbaycan Sənaye Sığorta ASC;
• İş vaxtı: Həftədə 5 gün, 09:00-18:00, 13:00-14:00 nahar vaxtı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini 17.09.2018-ci il tarixinədək [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Hüquqşünas”) qeyd olunmalıdır) göndərə bilərlər.

Digər xəbərlər

09.04.2021 Vakansiya
“Lexus Bakı” işçi axtarır
1 0
09.04.2021 Vakansiya
“Bank Respublika” işçi axtarır
0 0