USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"ParaBOKT"da - İŞ VAR

25.09.2018 Vakansiya
0 0
ParaBOKT Monitorinq şöbəsinə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Monitorinq şöbəsinə mütəxəssis

Vəzifəyə olan tələblər

• Ali İqtisadi təhsil
• Məsuliyyətli olmalı;
• Ünsiyyət qurabilmə qabiliyyəti
• Azərbaycan dili mükəmməl, Rus dili orta səviyyədən yüksək
• Bu sahədə iki illik təcrübəyə malik olması

Vəzifə öhdəlikləri:

 Gündəlik olaraq filialın problemli kreditlərinə ümumi baxış və iş planının tərtibi;
 Problemli kreditlərin kateqoriyalar üzrə təsnifləşdirilməsi;
 90 gündən çox gecikmədə olan bütün kreditlər üzrə maliyyə təhlilinin aparılması, aşkarlanmış prosedurdan kənarlaşmalara dair yekun rəyin verilməsi, ödənişlərinin təmin edilməsi üçün kreditlərin daimi nəzarətaltında saxlanılması;
 90 gündən çox gecikmədə olan bütün kreditlər üzrə zəng olunmalı müştərilərin siyahısının tərtib olunması və zənglərin olunması;
 90 gündən çox gecikmədə olan bütün kreditlər üzrə bildirişlərin tərtibi və göndərilməsi;
 90 gündən çox gecikmədə olan bütün kreditlər üzrə borcalanların, girovqoyanların və zaminlərin (əgər varsa) yaşayış, biznes, iş ünvanlarına müntəzəm olaraq vizitlərin edilməsi;
 Məhkəmə qərarlarının icra prosesinə yönləndirilməsi, lazımı sənədlərin toplanılması və işin sürətləndirilməsi üçün bütün lazımı tədbirlərin görülməsi;
 Məhkəmə icrası ilə bağlıişlərinaparılması (sorğuların verilməsi, ekspertiza, qiymətləndirmə, hərrac və s.), məhkəmə icraçıları ilə bütün mərhələlərdə işlərin aparılması üçün tədbirlərin görülməsi və kreditlərin ödənilməsi üçün zəruri olan bütün addımların atılması;
 Monitorinq şöbəsinin əsasnaməsinə əsasən planlı, növbədənkənar və verilmiş iri məbləğli kreditlərin monitorinqlərinin keçirilməsi, aktlaşdırılaraq Monitorinq şöbəsinə təqdim olunması;
 Monitorinq şöbəsinin əsasnaməsinə əsasən banka ərizə və şifahi qaydada daxil olmuş şikayətlərin araşdırılması və yekunununa dair rəhbərliyə məlumatların verilməsi (xidməti məlumat şəklində);
 Saxtakarlıq hallarının (fraud) müəyyən edilməsi və vaxtında şöbə və departament rəhbərliyinə məlumatın verilməsi;

CV-ləri Monitorinq şöbəsi mütəxəssis mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Digər xəbərlər

09.04.2021 Vakansiya
“Lexus Bakı” işçi axtarır
1 0
09.04.2021 Vakansiya
“Bank Respublika” işçi axtarır
0 0