1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10 min nəfərdən artıq əməkdaşla "Veysəloğlu Şirkətlər Qrupu" olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə müxtəlif istiqamətlərdə fəaliyyət göstərən 10 şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan "Veysəloğlu Şirkətlər Qrupu" öz karyerasını qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
"Kommersant.az" vakansiya şərtlərini təqdim edir:
Vəzifə: Təsərrüfat bölmə müdiri
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
Təhsil: Ali təhsil
İşin Təsviri: Şirkət əməkdaşlarının səmərəli fəaliyyət göstərməsi məqsədilə tələb olunan iş şəraitinin təmin olunması.
Vəzifə öhdəlikləri:
- Tabeçiliyində olan təsərrüfat inzibatçılarının işlərinə nəzarət etmək;
- Bölmənin iş strategiyasını tərtib etmək;
- Şirkətin inzibati binalarının su təchizatı, havalandırma, işıqlandırma və sair sistemlərinin sazlığının qorunmasına nəzarət etmək;
- Binanın təmir və təmizlik işlərini təşkil etmək və aparılmasına nəzarət etmək;
- Ərazinin abadlaşdırma, yaşıllaşdırma, təmizləmə işlərinin görülməsini təmin etmək;
- Əlamətdar günlərdə binaların fasadlarının və giriş hissələrinin bayramsayağı bədii tərtibatı işlərinin görülməsini təmin etmək;
- Şöbələr daxilində mebel və digər inventarların vəziyyətini mütəmadi olaraq yoxlamaq və lazım gəldikdə müvafiq tədbirlər görmək.
Tələblər:
- Planlama qabiliyyəti;
- Yüksək təşkilatçılıq bacarığı;
- MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Təsərrüfat bölmə müdiri” yazıb göndərməklə müraciət edilir.