USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Marketinq meneceri olmaq istəyənlərin nəzərinə - VAKANSİYA

28.09.2018 Vakansiya
1 0
"Performance Center Co" şirkəti marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edib.

"Kommersant.az" vakansiya şərtlərini təqdim edir:

Namizədə tələblər

- İş stajı: minimum 4 il;
- Yaş həddi: 25-40;
- Dil bilikləri: Azərbaycan və Rus dilləri mükəmməl, ingilis dili işgüzar səviyyədə;
- Analiz və yüksək komunikasiya keyfiyyətinə,
- MS Office biliklərə sahib olmaq.
- Təhsil – Ali

Qeyd: Avtomobil sektorunda təcrübəsi olan namizədlərə üstünlük veriləcək.

İş barədə məlumat

- Şirkətin məqsədlərinə uyğun marketing strategiyasının hazırlanması;
- Marketing strategiyasına uyğun olaraq illik marketing planlarının hazırlanması və icrası;
- Marketinq planına uyğun olaraq bütün marketing materiallarının yaradılması və dərc edilməsi;
- Qısa müddətə və uzun müddətə satış effektivliyini təmin edəcək aktiv təkliflərin hazırlanması və icrası;
- Brendin PR, reklam, təqdimat işlərinin təşkili və həyata keçirilməsi;
- Bazar dinamikasını, rəqibləri və rəqib məhsullarının təqib edilməsi;
- Media və təchizatçılarla işin idarə edilməsi;
- Marketinq kommunikasiyalarının effektivliyinin monitorinqi və hesabatı, aylıq marketing fəaliyyətlərinin hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması;
- Şirkətin marketing siyasətinin inkişaf etdirilməsi ilə əlaqədar potensial strateji tərəfdaşlıq əlaqələrinin yaradılması;
- Rəhbərliyin verdiyi tapşırıqların yerinə yetirilməsi.
- İş qrafiki 09:00-18:00
- Həftədə 6 gün

Əmək haqqı: 1000-1200 AZN

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Marketinq Menecer” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Əvvəlki

    Satış üzrə analitik tələb olunur - VAKANSİYA

Digər xəbərlər

09.04.2021 Vakansiya
“Lexus Bakı” işçi axtarır
1 0
09.04.2021 Vakansiya
“Bank Respublika” işçi axtarır
0 0