"Kontakt Home" marketinq üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edib.
"Kommersant.az" vakansiya şərtlərini təqdim edir:
"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.
"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi [email protected] e-mail ünvanına göndərə bilərsiniz.
Vacancy: Marketinq üzrə mütəxəssis/ Специалист по маркетингу
Tələblər:
• Ali təhsil (Marketinq sahəsində təhsil arzu olunandır)
• Marketinq sahəsində 3 ildən çox iş təcrübəsi
• Kreativ proyektlərin reallaşdırılması təcrübəsi
• Azərbaycan dili səlis, rus və ingilis dili bilikləri arzu olunandır
• Strateji təhlil və proqnozlaşdırma, reklam və PR sahələrində zəngin biliklər
• Ünsiyyət, vaxtın idarə olunması, yüksək səviyyədə yazı, dinləmə, tənqidi düşüncə kimi bacarıqlara sahib olmaq
Vəzifələr:
• Reklam kampaniyaları üçün kreativ ideyaların təklifi
• Promo-aksiyalar üçün təkliflərin hazırlanması
• Marketinq planlaşdırılması
• Media-planlaşdırılması
• Kopiraytinq
• Təchizadçılarla danışıqların aparılması
• Təchizata nəzarət
• Marketinq satınalması
İş barədə məlumat
• İş qrafiki: I-V günlər, 09:00-18:00
• Rəqabətqabiliyyətli əmək haqqı
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Marketinq üzrə mütəxəssis” qeyd edərək [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.