USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bank mütəxəssis və menecer axtarır - 2 VAKANSİYA

09.10.2018 Vakansiya
0 0
AFB Bank Korporativ kreditlər üzrə menecer və mütəxəssis vəzifələrinə vakansiya elan edir.

"Kommersant.az" hər iki vakansiya üzrə şərtləri təqdim edir:

Vəzifə: Korporativ kreditlər üzrə menecer

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali təhsil (iqtisadi, maliyyə, dəqiq elmlər üzrə təhsil);
• Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi. Ən azı 1 il rəhbərlik təcrübəsi;
• Bank (kredit və qeyri-kredit) məhsulları üzrə dərin biliklərə və geniş məlumatlara malik
olması;
• MBNP-nin, Mərkəzi Bankın, bu sahəyə aid olan qayda və normativləri bilmək
• Gərgin iş qrafikində işləmək bacarığı;
• Maliyyə və kredit analizi bilikləri
• Azərbaycan və rus dillərin səlis danışmaq bacarığı, ingilis dili bilənlərə üstünlük verilir;
• Ofis Proqramlarından mükəmməl istifadə bacarığı.

İŞİN TƏSVİRİ:

• Korporativ kreditlər bazasının genişləndirilməsi üçün potensial müştəriləri müəyyən etmək;
• Banka yeni müştərilər cəlb edilməsi məqsədi ilə müştərilərlə birbaşa əlaqələr qurmaq, kredit və
qeyri-kredit məhsullarının satışların həyata keçirilməsini təşkil etmək;
• Tabeçiliyində olan əməkdaşların işini gündəlik olaraq planlaşdırmaq, koordinasiya və nəzarət
etmək;
• Tabeçiliyində olan əməkdaşlardan daxil olan Korporativ kreditlər və sənədli əməliyyatlar üzrə
daxil olan müraciətlərə qısamüddətdə baxıb Kredit Komitələrinə təqdim olunmasını təşkil etmək;
• Müştərilərin davamlı olaraq ziyarət edilməsini təşkil etmək;
• Vəzifə funksiyalarından irəli gələn digər öhdəlikləri yerinə yetirmək.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Korporativ kreditlər üzrə menecer” qeydi
edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

* * *

Vəzifə: Korporativ kreditlər üzrə mütəxəssis

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali təhsil (iqtisadi, maliyyə, dəqiq elmlər üzrə təhsil);
• Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
• Bank (kredit və qeyri-kredit) məhsulları üzrə dərin biliklərə və geniş məlumatlara malik
olması;
• Sahəyə aid olan qayda və normativləri bilmək;
• Gərgin iş qrafikində işləmək bacarığı;
• Maliyyə və kredit analizi bilikləri;
• Yaxşı ünsiyyət bacarığı;
• Azərbaycan və rus dillərində səlis danışmaq bacarığı, ingilis dili bilənlərə üstünlük verilir;
• Ofis proqramlarından mükəmməl istifadə bacarığı;
• Komandada işləmək bacarığı.

İŞİN TƏSVİRİ:

• Yeni müştərilərin cəlb edilməsi məqsədi ilə müştərilərlə birbaşa əlaqələr qurmaq,
• Bankın kredit və qeyri-kredit məhsullarının satışının təşkili;
• Cari müştərilərə çarpaz satışların həyata keçirilməsinin təşkil edilməsi;
• Korporativ kreditlər və sənədli əməliyyatlar üzrə daxil olan müraciətlərlə bağlı memorandum
hazırlamaq, biznes təhlilini aparmaq.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Korporativ kreditlər üzrə mütəxəssis” qeydi
edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

  • Əvvəlki

    Məcburi köçkünlərin hansı problemləri var?

Digər xəbərlər

09.04.2021 Vakansiya
“Lexus Bakı” işçi axtarır
1 0
09.04.2021 Vakansiya
“Bank Respublika” işçi axtarır
0 0