"Sericovia" Satış üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edib.
"Kommersant.az" vakansiya şərtlərini təqdim edir:
Beynəlxalq yük daşınması sahəsində güclü bir partnyora çevrilmiş “Sericovia Lojistik ve Dış Ticaret” Ltd dünyanın ən keyfiyyətli agentləri ilə edilən əməkdaşlıq əsasında, idxal və ixrac daşınmalarında problemsiz, sürətli və etibarlı bir şəkildə istəklərə uyğun olaraq istənilən növ daşımanı həyata keçirən şirkətdir.
Vəzifə: Korporativ Satış Üzrə Mütəxəssis
İş barədə məlumat:
• İnternet üzərindən potensial müştəri və tender axtarışı
• Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili
• Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması
• Bazarın təhlili, araşdırmaların aparılması
• İşgüzar yazışmaların həyatakeçirilməsi və korporativ danışıqların aparılması
• Müştərilərə zəng və ya e-mail vasitəsi ilə ilkin əlaqənin qurulması və görüşlərin təyin olunması
• Cold-calling (şirkətlərə birbaşa gözlənilməz zəng) təcrübəsi və bacarığı
• Müştəri ilə görüşmələr, təqdimatların keçirilməsi və təkliflərin verilməsi
• Əlaqədə olduğumuz müştəri şirkətlərdən rəqiblər və qiymətləri haqqında informasiyaların alınması
• Rəqib fəaliyyətləri və kampaniyaları haqqında məlumatların əldə edilməsi və rəhbərliyə bildirilməsi
• Ziyarət nəticələrinin izlənilməsi
• Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması
Namizədə olan tələblər:
• Xanım işçi tələb olunur
• Korporativ satış üzrə 1-2 il təcrübə
• Ali təhsil
• Yaş: 24-34
• Təqdimat bacarığının olması
• Səliqəli xarici görünüş, nəzakətli danışıq
• Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq
• Gülərüzlülük və pozitivlik
• Analitik düşüncə
• Yüksək vəzifəli insanlarla satış təcrübəsi
• Ofis proqramlarında və layihə idarəetmə proqramlarında işləmək bacarığı
• Marketinq anlayışı və biznes düşüncə
• Yüksək təqdimat bacarığı və dil qabiliyyəti
• Yüksək korporativ stil
• Azərbaycan dili – əla, Rusdili – əla, İngilis dili – yaxşı
• Tək başına işləmək bacarığı
Qeyd: Logistika sahəsində iş təcrübəsi olanlara üstünlük veriləcək
İş şəraiti:
• İş vaxtı: həftənin 5 günü, istirahət günləri: şənbə, bazar
• Nahar şirkət tərəfindən təmin edilir
Qeyd olunan tələblərə uyğun namizədlər mövzu yerində “Korporativ satış üzrəmütəxəssis” yazaraq CV formasını [email protected] elektron ünvanına göndərməklə müraciət edə bilərlər.