USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Direktor köməkçisi işləmək istəyənlərin - NƏZƏRİNƏ

18.10.2018 Vakansiya
0 0
Veysəloğlu Şirkətlər Qrupu direktor köməkçisi axtarır.

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
Təhsil: Ali təhsil

İşin Təsviri: Rəhbərin günlük işinin planlanması, hesabatların hazırlanması və müvafiq məlumatların araşdırılmasına yardımçı olmaq.

Vəzifə öhdəlikləri:

- Sənədlərin nəzərdən keçirilməsi, toplanması və məzmunu barədə rəhbərliyə məlumat verilməsi;
- Rəhbərin iştirakı edəcəyi toplantıların, görüşlərin və konfransların planlaşdırılması, əlaqələndirilməsi və qrafikinin tərtib olunması və protokollaşdırılması;
- Rəhbərin qonaqlarının və telefon zənglərinin qəbulu;
- Daxil olan aylıq hesabatların nəzərdən keçirilməsi və oxunması, ilkin qiymətləndirilməsi, cəmlənməsi və rəhbərliyə təqdim edilməsi;
- Ezamiyyətlər üçün hazırlıqların görülməsi, marşrutların seçilməsi, səfər planlarının hazırlanması;
- Rəhbərin təlimatına əsasən digər tapşırıqların yerinə yetirilməsi.

Tələblər:

- Azərbaycan, rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
- Planlama qabiliyyəti;
- Yüksək təşkilatçılıq bacarığı;
- MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Direktor köməkçisi” yazıb göndərməklə müraciət edə bilərsiniz.

  • Əvvəlki

    Müfəttiş köməkçisi axtarılır - VAKANSİYA

Digər xəbərlər

09.04.2021 Vakansiya
“Lexus Bakı” işçi axtarır
1 0
09.04.2021 Vakansiya
“Bank Respublika” işçi axtarır
0 0