- Satış sahəsində ən azı 6 (altı) ay təcrübə olması; (çəki ilə satılan qida məhsulları və ya ümumiyyətlə qida məhsulları satışı sahəsində olması arzuolunandır.)
- Dəqiq, məsuliyyətli, təmizkar, səliqəli olmaq;
- Ən azı orta təhsilə malik olmaq;
- Xoş ünsiyyətcil, səbirli və müştərilərlə nəzakətlə davranmaq vərdişlərinə malik olmaq;
- Əsasən, xanım namizədlər tələb olunur.
- Başlanğıc ödəniş məbləği ilk 6 ay ərzində 300 AZN, sonrakı aylarda dövriyyənin 3% hissəsi məbləğində olacaqdır.
- Bu fəaliyyətin göstəriləcəyi “Səba ət-süd” mağazaları əsasən Bakı şəhərində yerləşir.
Vakansiya barədə məlumat
- Mağazada ət və süd məhsullarının satışının həyata keçirilməsi;
- Mağazada satılacaq malların əvvəlcədən siyahısının hazırlanması və sifariş verilməsi;
- Mağazaya satış üçün gətirilən malların ölçülərək və ya sayılaraq qəbul edilməsi, vitrinə yerləşdirilməsi və qiymətlərinin qeyd olunması;
- Mağazada satılmayaraq, şirkətə geri qaytarılacaq malların siyahısının hazırlanması və bu malların çəkilərək və ya sayılaraq satış nümayəndəsinə təhvil verilməklə geri qaytarılması.
- Mağazada təmizlik aparılması və sanitar-gigiyenik normaların tələblərinin təmin edilməsi;
- Mağazada istifadə olunan materiallardan qənaətlə və səmərəli istifadə edilməsi və bitməsi zamanı sifarişlərinin verilməsi.
Əlavə üstünlüklər
- Treninqlər keçirilməsi Şirkət tərəfindən təmin edilir.
- Mağazada istifadə edilən ləvazimatlar, texniki dəstək və sair Şirkət tərəfindən təmin edilir.
Zəhmət olmazsa, vakansiya üzrə çalışmaq üçün ilk öncə yalnız CV göndərməyiniz xahiş olunur.
Əlaqə saxlanılacaq şəxs: Fərhad Məhərrəmov 0512502300