"Azərbaycan Sənaye Korporasiyası" ASC Satınalma və təchizat şöbəsi üzrə mütəxəssis vəzifəsi üçün vakansiya elan edib.
"Kommersant.az" vakansiya şərtlərini təqdim edir:
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 noyabr tarixli 1665 nömrəli Fərmanı ilə Səhmləri dövlətə məxsus olan “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və 14 dekabr 2017-ci il ildən fəaliyyətə başlamışdır. Cəmiyyətin fəaliyətinin məqsədlərindən biri tabeliyindəki müəssisələrin səmərəliliyini artırmaq, əlverişli kooperasiya əlaqələrinin yaratmaq və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılması yolu ilə müvafiq sahədə malların (işlərin, xidmətlərin) istehsalını və satışını təşkil etməkdir.
“ASK” ASC Satınalma və təchizat şöbəsi üzrə mütəxəssis vakansiyası elan edir.
Tələb olunan keyfiyyətlər:
• Ali təhsil-Hüquq, Menecment, Biznesin idarəedilməsi
• İş təcrübəsi – ən azı 3 il
• Dil bilikləri- azərbaycan dili (əla), rus və ingilis dillərinin bilməsi üstünlük təşkil edir.
• Qeyd olunan sahə üzrə daim elmi biliklərin artırılması həvəsi.
Əsas vəzifə öhdəlikləri:
• “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq cəmiyyətin və onun balansında olan müəssisələrin ehtiyacları üçün zəruri olan malların, işlərin (xidmətlərin) satın alınması ilə bağlı tender komissiyasının işini təşkil etmək, o cümlədən komissiyanın qərarına əsasən dəvət məktublarını tərtib etmək, malgöndərənlərə (podratçılara) dəvət məktubları göndərmək, keçirilən tenderlə bağlı malgöndərənlərin (podratçıların) suallarına cavablandırmaq və ya sualları aidiyyəti şəxslərə çatdırmaq;
• Tenderin əsas Şərtlər Toplusunun, satınalma metodlarının (açıq tender, kotirovka sorğusunun, təkliflər sorğusunun və digər) dövlət satınalmaları haqqında qanunvericiliyə uyğun olaraq tərtib olunması zamanı satınalma predmetinə aid texniki şərtləri aidiyyəti şöbələrdən əldə etmək və onları müvafiq şərtlər toplusuna daxil etmək;
• Daxil olmuş tender təkliflərinin, ofertaların və kotirovkaların qeydiyyatını aparmaq, onların aidiyyəti üzrə saxlanılmasını təşkil etmək;
• Keçirilmiş satınalmaların yekunlarına dair tender komissiyasının yekun protokolunu tərtib etmək və müvafiq qaydada Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə göndərilməsini təmin etmək;
• Keçirilmiş satınalmaların nəticələrinə dair qanunvericilikdə nəzərdə tutulmuş qaydada hesabat tərtib etmək;
• Satınalamalara dair sənədlər toplusunun hazırlanmasını və saxlanılmasını təmin etmək
İş şəraiti:
İş qrafiki: l-V ; İstirahət günləri: şənbə və bazar
Müraciət üçün:
Zəhmət olmasa qeyd olunan tələblərə cavab verənlər müraciət etsinlər.