USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Maliyyə nəzarəti üzrə mütəxəssis - VAKANSİYA

22.10.2018 Vakansiya
0 0
"MKT İstehsalat Kommersiya" MMC Maliyyə nəzarəti üzrə mütəxəssis vazifəsi üçün vakansiya elan edib.

"Kommersant.az" vakansiya şərtlərini təqdim edir:

Vəzifə funksiyaları

• Aylıq, rüblük və illik maliyyə hesabatlarının təhlili;
• Gündəlik pul vəsaitləri hərəkətinin təhlili və nəzarəti;
• Maliyyə planı üzrə məlumatların şirkətin bütün struktur bölmələrindən alınması;
• Müəyyən olunmuş maliyyə risklərinin azaldılması məqsədi ilə nəzarət tədbirləri planının hazırlanması və onun bütün struktur bölmələrdə həyata keçirilməsi;
• Fəaliyyət sahəsinə uyğun prosedurların qiymətləndirilməsini və təkmilləşdirilməsi üçün təkliflər irəli sürmək və onların həyata keçirilməsində bilavasitə iştirak etmək;

Tələblər

• Maliyyə sahəsində ali təhsilin olması;
• Maliyyə sahəsində ən azı 3 il iş təcrübəsi;
• MS Office - Excel üzrə əsas funksiyalar üzrə sərbəst işləmək bacarığı olmalı;
• Müəssisə, idarə və təşkilatlarda mühasibat hesabının metod və formalarını, uçot və hesabatı, hesabatların plan və korrespondensiyasını bilməli;
• Hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkilini, sənədlərin rəsmiləşdirilməsi, təsərrüfat vəsaiti və onun hərəkətinin mühasibat hesabı sistemində əks olunma qaydalarını bilməli;
• Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin iqtisadi təhlil metodlarını bilməli;
• Ölkədaxili ezamiyyət etmək imkanı;

İş qrafiki: 5 günlük, 09:30-18:30

Müraciət qaydaları: CV –ni Azərbaycan dilində [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Maliyyə nəzarəti üzrə mütəxəssis” yazmaqla müraciət edilir.

  • Əvvəlki

    BOKT filial müdiri axtarır - VAKANSİYA

Digər xəbərlər

09.04.2021 Vakansiya
“Lexus Bakı” işçi axtarır
1 0
09.04.2021 Vakansiya
“Bank Respublika” işçi axtarır
0 0