Grand-Agro şikrəti Suvarma mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edib.
"Kommersant.az" vakansiya şərtlərini təqdim edir:
Vəzifə öhdəlikləri
- Torpağı suvarma sistemlərinin quraşdırılması üçün hazır vəziyyətə gətirir;
- Müxtəlif suvarma borularının xüsusiyyətlərini bilir və onları təyinatlarına əsasən istifadə etməyi bacarır;
- Suvarma borularını quraşdırır və təmiri işi ilə məşğul olur;
- Suvarmada istifadə olunan zəruri riyazi hesablama (hidravlik hesablama) biliklərinə malikdir;
- Mütəmadi olaraq, yoxlanış və təmir planı əsasında suvarma sisteminin yoxlanılması işini həyata keçirir, nasazlıqları aradan qaldırır.
- Suvarma sistemi layihələrini hazırlayır və layihənin sahədə işlənilməsinə nəzarət edir;
- Tələb olunan sahə üçün suvarma sistemi sxemlərinin tərtib etməyi, ərazinin su tələbatını hesablamağı bacarır.
- Kompüter proqramı əsasında idarə olunan sistemlərin işinə, suvarma siqnalı kontrollerlərinə, vaxt ölçən və klapanlara (ventil) nəzarət edir (uzaqdan idarə olunan sistemlər də daxil);
- Suvarma sistemlərinin, sistem növlərinin və əvəz hissələrinin yerləşməsi ilə əlaqədar qeydlərin aparılmasına cavabdehdir;
- Suvarma mühərriklərinin gücünün düzgün hesablanmasına və elektrik sərfiyyatlarına cavabdehdir.
Tələb olunan təhsil və biliklər:
- Sahə üzrə orta və ya ali təhsil;
- Xüsusi suvarma proqramlarında işləmə bacarığı (İRRİCAD, AUTOCAD və s.)
- Əsas riyazi hesablamaları (hidravlik və elektrik sərfiyyatı ) bilmək;
- Suvarma sistemlərinin quraşdırılması və idarə edilməsi sahəsində ən az 3 il iş təcrübəsi.
Şirkət barədə məlumat
- Şirkət Qala qəsəbəsində yerləşir
- İşçilərin işə gətirilməsi və aparılması şirkət tərəfindən servis avtobusları ilə həyata keçirilir (28 May metrosundan)
- İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
- İşçi korporativ nömrə ilə təmin edilir
- Nahar Şirkət tərəfindən verilir.
- Əmək haqqı razılaşma yolu ilə
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Suvarma mütəxəssisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.