"Kontakt Home" şirkəti Şikayətlər üzrə koordinator vəzifəsi üçün vakansiya elan edib.
"Kommersant.az" vakansiya şərtlərini təqdim edir:
"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.
"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi [email protected] e-mail ünvanına göndərə bilərsiniz.
Vacancy: Şikayətlər üzrə koordinator
Vəzifələr:
• Mağazada olan qüsurlu məhsulların araşdırılması
• Mağazalara və çağrı mərkəzinə daxil olan şikayətləri araşdırmaq və həll etmək
• Outlet və servis mərkəzindən olan müraciətlərlə iş
• Daxil olan şikayet mektublarını və ərizələri araşdıraraq rəhbərliyə təqdim etmək
Tələblər:
• Ali təhsil
• Yüksək səviyyədə Azərbaycan və Rus dili bilikləri
• Ofis proqramları ilə iş təcrübəsi (MS Word, MS Excel, MS Outlook)
• 1C proqramını bilməsi vacibdir
• Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti
İş barədə məlumat
• Əmək məcəlləsinə uyğun sənədləşmə
• İş qrafiki: I-V iş günləri, VI,VII istirahət günləri
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Şikayətlər üzrə koordinator” qeyd edərək CV formasını [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.