"Kontakt Home" Koordinator (anbar) vəzifəsi üzrə vakansiya elan edib.
"Kommersant.az" vakansiya şərtlərini təqdim edir:
"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.
"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi [email protected] e-mail ünvanına göndərə bilərsiniz.
Vacancy: Koordinator (anbar)
Vəzifələr:
• Anbara daxil olan malların tələb olunan qaydada 1C sistemində qeydiyyatının aparılması
• Topdan satış mallarının sistemə daxil edilərək sifarişçiyə göndərilməsi
• Malların tədarükçüyə iadə edilməsi
• Malların silinməsi
• Anbarla bağlı 1C sistemində digər işlərin görülməsi
Tələblər:
• Ali təhsil
• Yüksək səviyyədə Azərbaycan və Rus dili bilikləri, İngilis dili biliyi arzu olunandır
• 1C proqramını bilməsi vacibdir
• Mühasibatlıq sahəsində biliklər və təcrübə arzu olunandır
• Komanda ilə işləmək bacarığı
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki: I-VI günlər, 09:00-18:00
- Əmək haqqı: Razılaşma yolu ilə
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Koordinator (anbar)” qeyd edərək CV formasını [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.