USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Rabitəbank" menecer axtarır - VAKANSİYA

01.11.2018 Vakansiya
0 0
"Rabitəbank", marketinq layihəsi üzrə menecer axtarır.

Marketinq layihəsi üzrə menecer reklam, rəqəmsal texnologiya və marketinq üzrə fəaliyyət göstərəcək. Marketinq Layhə üzrə menecerin rolu layihənin gündəlik koordinasiyası, layihə proseslərin müvafiq qaydada həyata keçirilməsinə nəzarət və layihənin hədəfinə çatmadan ibarətdir.

Marketinq Layihəsi üzrə menecer Bank komandası ilə bərabər görüşlərdə və brifinqlərdə iştirak edərək, rəhbərlik ilə sıx əks-əlaqədə olması tələb edilir. Qeyd edilən vakansiya üzrə iş saatları (Layihələrin icra müddətinə riayət etmək şərti ilə) sərbəstdir.

Vəzifə öhdəlikləri:

• Layihənin gündəlik icrası;
• Rəhbərliklə müntəzəm ünsiyyət və danışıqların aparılması;
• Müvafiq və düzgün qaydada hesabatlar və status bildirişlərin tərtib edilməsi;
• Rəhbərliyə yeni və innovativ ideyalarnın təqdim edilməsi;
• Rəhbərlik, komanda və partnyor agentliyin daha səmərəli fəaliyyət istiqamətinə yönləndirilməsi.

Vəzifə üzrə tələblər:

• Müştəri münasibətlərinin idarə edilməsində yüksək peşəkarlıq;
• Reklam, dizayn və ya marketinq sahəsində müvafiq bilik və bacarıqlar;
• Planlaşdırma və strategiyanın həyata keçirilməsi üzrə yüksək bacarıqlar;
• Yaradıcı layihələrə güvənli və sərbəst yanaşma bacarığı;
• Komandanın effektiv idarə edilməsi bacarığı;
• Detallara diqqət və büdcəni nəzarətdə saxlama bacarığı;
• Rəqəmsal platformalar vı yaadıcı proses və texnikalar üzrə bilik və bacarıqlar;
• Yeniliklər,trendləri izləmək, inkişaf ideyalarına malik olmaq.

Əgər Siz yuxarıda sadalanmış kriteriyalara uyğunsunuzsa CV-lərinizi mailın mövzu hissəsində “Marketinq Layihəsiüzrə Menecer qeyd etməklə [email protected] mail ünvanına göndərməyiniz xahiş olunur.

  • Əvvəlki

    AZAL 3300 manata - TENDER ELAN EDİR

Digər xəbərlər

09.04.2021 Vakansiya
“Lexus Bakı” işçi axtarır
1 0
09.04.2021 Vakansiya
“Bank Respublika” işçi axtarır
0 0