USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mühəndis işləmək istəyənlərin - NƏZƏRİNƏ

03.11.2018 Vakansiya
0 0
"Kontinent İnşaat" MMC, planlama üzrə mühəndis axtarır.

Funksiyaları

 Layihə üzrə görülən işlərin günlük və həftəlik iş planının hazırlanması;
 Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb Lahiyə Rəhbərinə ötürülməsi;
 Həftəlik və aylıq hesabata əsasən inkişaf proqramının hazırlanması və MS Project proqramına daxil edilməsi və yenilənməsi;
 Həftəlik inkişaf proqramı üzrə planlama iclaslarında iştirak etmək;
 Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi;
 Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün İnşaat mühəndisləri ilə müzakirə aparmaq;
 Gecikən işlərin yenidən planlanması;
 Subpodratçıların apardığı işlərin plan qeydiyyatı və plan üzrə işlərin görülməsinə nəzarət.

Vəzifəyə olan tələblər

 Təhsil: müvafiq sahə üzrə ali təhsil.
 Təcrübə: müvafiq sahə üzrə 3 ildən az olmayaraq iş stajı.
 Kompyuter biliyi: Word, Excel,MS Project, Primavera və İnternetdə işləmə bacarığı.
 İdarəetmə və qərar qəbul etmə qabiliyyəti.
 Vaxtın düzgün idarə edilməsi qabiliyyəti.
 Yaradıcılıq və təşəbbüskarlıq qabiliyyəti.
 Azərbaycan və ingilis dilində sərbəst danışmaq, fikirlərini yazılı ifadə etmək qabiliyyəti.

Bilməlidir

 Tikintidə layihə-smeta işlərinin təşkili üzrə, müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncam, əmrlərin və digər istinad edilən, rəhbər tutulan metodiki, normativ sənədləri;
 Layihə-smeta sənədlərinin işlənib hazırlanmasının təşkilini, onların razılaşdırma və təsdiq etmə qaydalarını;
 Smeta, smeta-maliyyə hesablamaları və kalkulyasiyaların tərtib olunması üzrə metodiki və vahid qiymətlərin toplu və kataloqlarının, inşaat materialları, konstruksiya, məmulat, avadanlıqların quraşdırılması üzrə, qiymətlər cədvəllərinin preyskurant topluları və avadanlıqların, materialların tipləşdirilimiş dəstlərinin tərtib və istifadə olunma qaydalarını;
 İqtisadiyyatın, istehsalatın təşkilinin, əməyin və idarəetmənin əsaslarını;
 Əmək qanunvericiliyinin əsaslarını;
 Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını.

Ə/h: 1500-2000 AZN (müsahibə nəticəsindən asılı olaraq müəyyənləşdiriləcəkdir)

Müraciət etmək üçün başlıqda “Planlama üzrə mühəndis” qeyd edib [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

  • Əvvəlki

    Baş mühasib tələb olunur - VAKANSİYA

Digər xəbərlər

09.04.2021 Vakansiya
“Lexus Bakı” işçi axtarır
1 0
09.04.2021 Vakansiya
“Bank Respublika” işçi axtarır
0 0