"SADE CGTH", aparıcı mühasib vəzifəsi üzrə işçi axtarır.
İş barədə məlumat
- Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə uçotunun təşkil edilməsi;
- Dövlət büdcəsinə ödənilşlərin düzgün hesablanılması və vaxtında köçürülməsi, Dövlət Sosial Müdafiə Fonduna sosial ayırmaların hesablanması;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu;
- Xərc smetalarin icrası, mal satışı, işlərin görülməsi və xidmətlərin görülməsinin uçotu;
- Mühasibat sənədərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsi;
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması;
- Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə ciddi riayət olunmasına nəzarət;
- Banklarla əlaqənin düzgün qurulması və bank məhsullarının (kredit, akkreditiv, bank zəmanətləri və s.) sifarişi;
Namizədə tələblər
- Ali iqtisadi təhsil (Mühasibatlıq sahəsində təhsil arzuolunandır);
- Ən azı 3 il iş təcrübəsi (İstehsalat, satış);
- Mühasibatlıqla bağlı yaxşı səviyyədə qanunvericilik bilikləri;
- Azərbaycan dili sərbəst, Xarici dil bilikləri olan namizədlərə üstünlük verilir;
- Microsoft Office və 1C proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək;
- Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti;
Əmək haqqı: 1000 AZN
İş qrafiki:
- Bazar ertəsi – Cümə: 8:30 - 17:30
Maraqlanan namizədlər mövzu yerində “Aparıcı mühasib” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər ilkin müsahibəyə dəvət olunacaqlar.