İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 1 il
Təhsil: Ali təhsil
Yaş həddi: 20-35
İşin Təsviri: Məhsul qablaşdırılmasının və etiket dizaynının hazırlanması.
Vəzifə öhdəlikləri:
- Müasir məhsul konseptlərinin yaradılması;
- Qablaşdırma və etiket dizaynına aid ölçmənin aparılması;
- Marketinq tələblərini nəzərə alaraq yeni qablaşdırma və etiket dizaynının hazırlanması;
- Rəngayırma və çap texnologiyasının tələblərinə uyğun çap məhsulunun hazırlanması.
Tələblər:
- Adobe Illustrator, Adobe Photoshop, Corel Draw (digər dizayn proqramlarını bilmək üstünlükdür);
- Yaradıcı qabiliyyətə malik olmaq;
- Daim öyrənmək və inkişaf etməyə meyilli olmaq;
- Dizayn sahəsindəki trendləri daim təqib etmək və yararlanmaq;
- Rəssamlıq üzrə peşə təhsilinin olması üstünlükdür;
- Qrafik dizayn sahəsində 1 il iş təcrübəsinin olması mütləqdir;
- Məhsul qablaşdırılmasının dizaynı sahəsində minimum 1 il iş təcrübəsinin olması arzuolunandır.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: CV-ni portfolio ilə birlikdə [email protected]elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Dizayner” yazıb göndərməklə müraciət edilir.