İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 0-1 il
Təhsil: Azərbaycan dilinin filologiyası üzrə ali təhsil
İşin Təsviri: Sənəd dövriyyəsinin təmin olunması.
Vəzifə öhdəlikləri:
- Daxil olan sənədləri qəbul etmək və qeydiyyatını aparmaq;
- Sənədləri aidiyyatı üzrə bölüşdürmək və icraçılara çatdırılmasını təşkil etmək;
- Sənədlərin göndərilməsini təşkil etmək
- Sənədlərin icra müddətinə nəzarət etmək;
- Sənədlərin surətini çıxarma, çoxaltma və elektronlaşdırma işini həyata keçirmək;
- Sənədləri işlər üzrə formalaşdıraraq arxivə vermək;
- Sənədlərdən istifadə edilməsini təmin etmək;
- Aşkar edilmiş sənədləri aktla təhvil almaq;
- Ay ərzində göndərilən sənədlərin siyahısını poçt xidmətləri ilə tutuşdurmaq və poçt xidmətinə görə daxil olan hesabları dəqiqləşdirmək;
- Göndərilən sənədlərin ünvana çatmasına davamlı olaraq nəzarət etmək və çatma xəbərnamələrini poçt xidmətindən tələb etmək;
- Xaricdən şirkətə nümunə malların gətirilməsini təşkil etmək;
- Zəruri sənədlərdə düzəlişlər aparmaq;
- Korlanmış rəsmi blankların hesabatını aparmaq;
- Hər ayın ilk həftəsi sənəd dövriyyəsinin (filiallarla birlikdə), poçt məsrəfləri və düzəlişlərin hesabatını vermək.
Tələblər:
- Azərbaycan dilində yüksək yazı bacarığı;
- MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Kargüzar” yazmaqla müraciət edilir.