“Bank Respublika” ASC “Layihələrin İdarə Edilməsi üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi vəzifə öhdəlikləri:
Layihəyələrin koordinasiyasında, sənədləşməsində, izlənməsində, monitorinqində, nəzarətdə, loqistika məsələrində LİD-in səlahiyyətli şəxslərinə və layihə rəhbərlərinə dəstək göstərir;
Layihələrin iş prosesi standartlarının və zəruri sənəd şablonlarının hazırlanmasında iştirak edir;
Bank üzrə layihələrin uğurlu həyata keçməsi məqsədi ilə zərurət yarandığı təqdirdə layihə qrupunun üzvü və ya layihə meneceri kimi iştirak edir;
Layihələrin konsepsiyasının, metodologiyasının, standartlarının, iş prosesinin sənəd şablonlarının hazırlanmasında iştirak edir;
Layihələrlə əlaqəli tender və müsabiqələrin təşkilində və keçirilməsində iştirak edir.
Namizədə qarşı tələblər:
Təhsil: ali (yeni məzunlarda müraciət edə bilər)
Dil bilikləri:Azərbaycan dili (əla), Rus dili (yaxşı) və İngilis dili (əla);
Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq;
Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;
Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə;
Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq.
Sizə nə təklif edirik?
Layihələrin idarəedilməsi üzrə geniş bilgilər və təcrübə;
Əlverişli iş mühitində çalışmaq imkanı;
Karyera və inkişaf perspektivləri.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 02 dekabr 2018-ci iltarixinədək, email-in mövzu hissəsində “Layihələrin idarə edilməsi departamentinin mütəxəssisi” qeyd edərək[email protected] elektron ünvanına göndərə bilərlər.