ABŞ Prezidenti Donald Tramp, Merkel hökumətinə Rusiyanın boru xətti layihəsini dəstəkləməsi səbəbilə sanksiya xəbərdarlığını edib.
"Kommersant.az" xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp, Angela Merkelin (Almaniyanın Baş naziri) Rusiyanın boru xəttini dəstəkləməyə davam etməsilə əlaqədar olaraq Almaniyaya qarşı tənqidlərini artırıb.
Almaniyanın "Şimal Axını 2" layihəsinə dəstəyinə görə təhdidini təkrarlayan Tramp, layihəni "blok" edəcək sanksiyalar düşündüyünü söyləyib və Berlini Moskvadan asılı vəziyyətə düşəcəyi barədə xəbərdar edib.
Bununla bərabər, ABŞ mayeləşdirilmiş təbii qazı (LNG) Almaniyaya ixrac etmək istəyir.
Tramp jurnalistlərə verdiyi açıqlamada, "Biz Almaniyanı Rusiyadan qoruyuruq, Rusiya Almaniyadan milyardlarla dollar pul alır" deyib.
Bu açıqlamalar son illərdə ABŞ-Almaniya əlaqələrinin necə sarsıldığını göstərir.