Beynəlxalq Valyuta Fondu (BVF) dünya iqtisadiyyatının artım tempi üzrə proqnozlarını azaldıb.
"Kommersant.az" xəbər verir ki, 2019-cu ildə dünya üzrə ÜDM-in artım tempi 3,2%, 2020-ci ildə isə 3,5% təşkil edəcəyi proqnozlaşdırılır. Hər iki il üzrə göstərici Fondun aprel ayında verdiyi proqnoza nisbətən 0,1 faiz bəndi azdır.
BVF-nin mütəxəssislərinin fikrincə, azalmaya səbəb ABŞ-ın Çindən idxal etdiyi məhsullara qoyulan tariflərin artırılması və Çinin buna olan cavabı, "Brexit"in hələ də nəticəsiz qalması, qlobal texnologiya təchizat zəncirlərinin ABŞ sanksiyaları ilə təhdid edilməsi, artan geosiyasi gərginliklərin enerji qiymətlərini qaldırması kimi məsələlərdir. (APA)