Son günlərin ən məşhur trendinə çevrilən “FaceAPP” proqramı qısa müddət ərzində böyük məbləğdə qazanc əldə edib.
Bu günə qədər 6,5 milyon dəfə yüklənilən proqram 10 günə 1 milyon dollar gəlir əldə edib.
Forbes-in yazdığına görə, ABŞ “FaceAPP” şəxsi məlumatları oğurlayır” iddiasını ortaya atandan sonra proqram daha da məşhurlaşıb. Yaşlandırma proqramını ən çox sevən isə android istifadəçiləridir. Onlar “FaceAPP”ı Apple istifadəçilərindən 2 dəfə çox yükləyiblər.
Xatırladaq ki, FaceAPP proqramı 3 il əvvəl yaradılmış olsa da, son günlərdə məşhurlaşıb. (Banker)