Almaniyanın məşhur BMW avtomobil şirkəti 2019-cu il üzrə satış rəqəmlərini açıqlayıb.
"Kommersant.az" xəbər verir ki, avtomobil şirkətinin satışları iyul ayında 2018-ci ilin eyni dövrü ilə müqayisədə 4,7% artıb.
Sözügedən tarixə qədər BMW-nin satışları 23 015 ədəd olub. İllik müqayisədə isə "BMW 3" seriyasının satışları 6,5%, "BMW X3" 32,8% və "BMW X5" 43,3% artıb.
"BMW X” seriyası ilə yüksəlişini "BMW X7" modelini tanıdaraq davam etdirməyi planlaşdırmışdı. Olduqca yüksək qiymətlə təklif olunmasına baxmayaraq, bəyənilən model yalnız ABŞ bazarında ilk 5 ayda 10 min ədəd satılıb. (EkoNews)