USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gürcüstan hava limanlarında sərnişin daşımaları azalıb

13.08.2019 Dünya
0 0
2019-cu ilin iyul ayında Gürcüstanın 5 hava limanı (Tbilisi, Batumi, Kutaisi, Mestia, Ambrolauri) ümumilikdə 571 848 sərnişinə xidmət göstərib.

"Kommersant.az" xəbər verir ki, bu barədə Gürcüstan Hava Limanıarı məlumat verilib. Bildirilib ki, bu 2018-ci ilin iyul ayı ilə müqayisədə (616 807 sərnişin) 44 959 nəfər azdır. Hesabata əsasən, sərnişin daşımalarının 7,3% azalmasına 8 iyul tarixindən etibarən Rusiyaya birbaşa uçuşların dayandırılması səbəb olub. 2019-cu ilin iyul ayında Tbilisi Beynəlxalq Hava Limanı 384 632 sərnişinə xidmət göstərib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10% (44 494 sərnişin) azdır. 2018-ci ilin iyul ayında Tbilisi Hava limanı 429 126 sərnişinə xidmət göstərib.

Hesabat dövründə Batumi beynəlxalq hava limanından istifadə edən sərnişinlərin sayında da azalma olub. İyul ayında Batumi Hava limanı 100 432 sərnişinə xidmət göstərib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10 893 azdır.

Kutaisi Beynəlxalq Hava Limanında sərnişin sayında isə 14% artım olub. 2019-cu ilin iyul ayında hava limanı 85 738 sərnişinə xidmət göstərib.

Hesabatda bildirilir ki, 2019-cu ilin ilk iki rübünə görə, Gürcüstanda sərnişin nəqliyyatında ciddi artım dinamikası müşahidə edilib. 2019-cu ilin ilk altı ayında (yanvar-iyun), Gürcüstanın 5 hava limanı ümumilikdə 2 486 780 sərnişinə xidmət göstərib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 18% çoxdur.

Təkcə Tbilisi Beynəlxalq Hava Limanı 2019-cu ilin yanvar-iyun aylarında 1 870 241 sərnişinə xidmət göstərib ki, bu da 2018-ci ilin birinci yarısı ilə müqayisədə 195 192 nəfər azdır.

Qeyd edək ki, 2019-cu ilin 7 ayına görə, Gürcüstan hava limanlarında sərnişin haqlarının artım tempi 18%-dən 12%-ə enib. Hesabat dövrü ərzində hava limanları ümumilikdə 3 058 473 sərnişinə xidmət göstərib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12% (2018 – 2 719 931 sərnişin) çoxdur. (APA)