Bu gündən Rusiyanın paytaxtı Moskvadakı daşınmaz əmlaklara dair əməliyyatları elektron imzadan istifadə etməklə aparmaq mümkündür.
"Kommersant.az" xəbər verir ki, bu barədə paytaxt hökuməti məlumat yayıb.
Bununla belə, vətəndaşların əməliyyatları elekron imzasız, birbaşa aparmaq imkanları da saxlanılıb. Bunun üçün əmlak sahibləri “Mənim sənədlərim” dövlət xidmətləri mərkəzinə gəlməli, ərizə yazaraq sözügedən xidməti ləğv etdirməlidir. (Report.az)