Fransanın Mədəniyyət Nazirliyi Paris Notr-Dam kilsəsinin yenidən dağılmaq təhlükəsi olduğunu bildirib.
Şəhərdəki anomal istilər nəticəsində kilsə qübbələrindəki konstruksiyaların düşməsi halları qeydə alınıb.
Nazirlikdən o da bildirilib ki, yanğından sonra Paris Notr-Dam kilsəsində restavrasiya işlərinə başlanılmayıb, hələ ki, dağılmaların qarşısı alınır.
Qeyd edək ki, aprelin 15-də yanğın zamanı Paris Notr-Dam kilsəsinin damının üçdə iki hissəsi uçub, o cümlədən qotik üslubunda tikilmiş qüllə tamamilə dağılıb. İlkin məlumatlara görə, yanğına səbəb bərpa işləri zamanı ehtiyatsızlıqdan baş verib. (APA)