Ötən ilin aprel ayından bu ilin mart ayınadək olan müddət ərzində 100 ən iri şirkətin bazar sərmayəsi 21 trilyon dollar təşkil edərək rekord həddə çatıb.
“Kommersant.az” xəbər verir ki, bu barədə “PricewaterhouseCoopers” (PwC) beynəlxalq konsaltinq şirkətinin hər il tərtib etdiyi “Global Top 100 Companies” reytinqinə əsasən, bu ildə ən iri şirkətlərin sərmayəsi 5 faiz, ötən il isə 15 faiz artıb. Artım əsasən ABŞ şirkətləri hesabına əldə edilib, halbuki 2018-ci ildə sərmayəsi artan Çin və Avropa şirkətlərində bu göstərici azalır.
Bazar sərmayəsinin həcminə görə TOP 10-da daha çox texnologiya sektoru və online ticarət şirkətləri daxildir. Belə ki, üç böyüklər “Microsoft”, “Apple”, “Amazon”dur. Hərçənd artıq 7 ildir reytinqə başçılıq etmiş “Apple” ikinci yerə keçib. Sonrakı yerləri ardıcıl olaraq ”Alphabet”, “Berkshire Hataway”, “Facebook”, “Alibaba”, “Tencent” tutur. Həmçinin artıq 5 il dalbadal ABŞ şirkətləri TOP 100-ün yarısından çoxunu (54) təşkil edir. Dünya bazar sərmayəsində ABŞ şirkətləri 63 faizlik paya sahibdir. (Report.az)