USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Huawei” süni intellekt texnologiyaların istifadə olunduğu prosessoru təqdim edib

23.08.2019 Dünya
0 0
"Huawei” şirkəti süni intellekt texnologiyalarının istifadə olunduğu yeni "Ascend 910” prosessorunu və yeni "MindSpore” proqram təminatını təqdim edib.

Yeni prosessorun yaradılması süni intellekt sahəsindəki açılım və ABŞ tərəfindən təzyiqlərə baxmayaraq öz yerli texnologiyalar yaratmaqda mühüm addım kimi dəyərləndirilir.

Xatırladaq ki, bu il mayın 17-də ABŞ hökuməti tərəfindən milli təhlükəsizliyi təhdid etdiyi üçün "qara siyahı"ya salınmış "Huawei” şirkəti "Google” tərəfindən Android mobil əməliyyat sisteminin yeni variantlarından məhrum edilmişdi. Daha sonra "Google” mayın 20-də ABŞ hökuməti tərəfindən verilmiş lisenziyaya uyğun olaraq, həmin sistemlə "Huawei”ni 90 gün ərzində təmin edəcəklərini açıqlamışdı.