FED rəhbəri Cerom Pauelin bugünkü çıxışı öncəsi ABŞ dollarının məzənnəsi əsas dünya valyutaları qarşısında müsbət dinamikasını saxlayır.
"Kommersant.az" xəbər verir ki, Bakı vaxtı ilə saat 14:48-ə olan məlumata görə avronun dollara qarşı məzənnəsi bir avro üçün 1,1057 dollara kimi enib. Dolların yuan qarşısında məzənnəsi 1 dollar üçün 106,63 yuana kimi artıb.
Qeyd edək ki, cümə günü FED rəhbərinin Cekson-Xoulda keçən illik iqtisadi konfransda çıxışı gözlənilir.
Xatırladaq ki, monetar siyasətin yumşaldırlaması ənənəvi olaraq milli valyutanın məzənnəsinə təziq göstərir. (Finans.az)