ABŞ-ın "Johnson & Johnson" şirkəti Oklahoma ştatına 572 milyon dollar təzminat ödəyəcək.
"Kommersant.az" xəbər verir ki, şirkət ştatda opioid dərmanlarının satışı zamanı yanlış və təhlükəli kampaniya təşkil edib. Opioid ağrıkəsici və narkotik vasitə kimi istifadə edilir. "Johnson & Johnson"un addımları ABŞ tarixində ən genişmiqyaslı dərman epidemiyasına səbəb olub. Ölkədə, xüsusilə Oklahomada çox sayda insan opioid dərmanından asılı vəziyyət düşüb və ya həyatını itirib. (Qaynarinfo)