Böyük Britaniyanın neft-qaz şirkəti BP Alyaskada olan bütün aktivlərini 5,6 milyard ABŞ dollarına "Hilcorp Alaska”ya satmağı planlaşdırır.
"Kommersant.az" xəbər verir ki, BP "Hilcorp Alaska” BP-nin Transalyaska neft kəmərindəki payını, həmçinin onun bu ştat ərazisində işləyən geoloji kəşfiyyat bölməsini əldə edəcək.
Müqavilənin 2020-ci ildə bağlanacağı planlaşdırılır.
Qeyd edək ki, BP-nin Alyaskada 1,6 minə yaxın əməkdaşı var. Şirkət 2005-2018-ci illərdə ABŞ-dakı biznesinə 115 milyard dollar yatırım edib. EkoNews