USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 7%-ə endirib

06.09.2019 Dünya
0 0
Rusiya Mərkəzi Bankı uçot faiz dərəcəsini 0,25 faiz bəndi azaldaraq 7%-ə endirib.

İyun və iyul aylarında Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 0,25 faiz bəndi azaldaraq 7,25%-ə endirmişdi. İyul ayında tənzimləyici Direktorlar Şurasının növbəti iclaslarından birində uçot dərəcəsini bir qədər də azaldılmasına, həmçinin 2020-ci ilin ortalarınadək neytral pul-kredit siyasətinə keçməsinə imkan mövcuddur.

"Rusiya Mərkəzi Bankının Direktorlar Şurası 6 sentyabr 2019-cu il tarixində uçot faiz dərəcəsini 0,25 faiz bəndi azaldaraq illik 7%-ə endirilməsini qərarı alıb", - deyə Mərkəzi Bankın məlumatında deyilir. (APA)